Fujifilm Frontier Digital minilab avadanlıqlarının proqramlaşdırılması həyata keçirilir. Yeni və sürətli versiya ilə şəkillərinizi daha rahatlıqla çap edə biləcəksiz. İstər Windows XP istərsədə Windows 7,8,10,11 versiyada Virtual olaraq proqramlaşdırılma edilə bilər. Görülən proqramlaşdırma işlərinə 6 ay ödənişsiz texniki dəstək göstərilir.
Həmçinin avadanlıqlarınıza texniki baxış keçirə bilər, nasazlıq olan hissələr dəyişdirilə və ya təmir edilə bilər. Əməkdaşlarımız Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası daxil ofisə yaxınlaşa bilər. Avadanlıqların yuyulması, texniki təmizlik xidməti, elektrik hissələrinin təmizliyi, soyuducu hissələrinin filtrlərinin dəyişdirilməsi mümkündür.
Texniki baxış üçün Bakı şəhər daxili aylıq 100 azn ödəməklə, hər həftə içi əməkdaş ofisə yaxınlaşacaq və avadanlıqların vəziyyətinə baxış keçirəcəkdir. Bakı şəhər kənarları isə razılaşma əsasında qiymətləndirilə bilər.
Bizim missiyamız avadanlıqların saz vəziyyətdə saxlanılması və sahibkarları narahat edəcək nasazlıqları aradan qaldırmaqdır.